Dünya avtomobil bazarlarından size

Avtomobil Almağın Ən
Sərfəli Yolu

Amerika, Almaniya və Koreyadan istənilən avtomobili 15-30% daha ucuz qiymətə, tam sığortalı və rəsmi zəmanətlə birbaşa ünvanınıza çatdırırıq.

Kalkulaytor

0.00 USD

Sürpriz xərclər olmadan büdcənizi indidən planlaşdırın.

Autoland Azərbaycan Haqqında

Avtomobil Sahibi Olmağın Ən Şəffaf Yolu

Avtomobil idxalı prosesi; mürəkkəb gömrük prosedurları, uzun məsafəli logistika və maliyyə riskləri səbəbindən çətin görünə bilər. Biz, Autoland Azərbaycan olaraq, 2021-ci ildən bəri topladığımız təcrübə ilə bu mürəkkəbliyi sizin üçün sadələşdiririk. Bizim üçün uğur, sadəcə avtomobil gətirmək deyil; qlobal bazarları (ABŞ, Almaniya, Koreya) sizin üçün əlçatan etmək və nəticəyə çatana qədər hər addımda (seçim, logistika, sənədləşmə) yanınızda duran strateji bir tərəfdaş olmaqdır.

Peşəkar İdxal Həlləri

Xidmetlerimiz

01

Amerika, Almaniya və Koreyadan İdxal

Biz sizi yerli bazarın məhdud çərçivəsindən çıxarırıq. Copart və Manheim auksionlarından, Koreyanın Encar platformasından və ya Çinin ən yeni elektrikli avtomobil zavodlarından birbaşa sifariş vermək imkanı yaradırıq.

02

Məhdudiyyətsiz Avtomobil Seçimi

Standartlara bağlı qalmayın. Mütəxəssislərimiz, sizin tələblərinizə uyğun olaraq istənilən marka, model, rəng və komplektasiyanı araşdırır. Avtomobilin keçmiş tarixçəsi (Carfax) və texniki vəziyyəti detallı analiz edilir.

03

Minimal Qiymət və 30% Qənaət

Avtomobili vasitəçilərdən (alverçilərdən) deyil, birbaşa mənbəyindən aldığınız üçün ciddi qənaət edirsiniz. Bütün xərclər əvvəlcədən hesablanır və yerli bazardan minimum 15-30% daha aşağı yekun qiymət əldə edirsiniz.

04

Tam Sığortalı Daşınma

Avtomobilinizin minlərlə kilometr yol qət etməsi sizi narahat etməsin. Şirkətimiz tərəfindən gətirilən hər bir nəqliyyat vasitəsi, alış nöqtəsindən təhvil anına qədər “All-Risk” paketi ilə tam sığortalanır.

05

Qəzalı Avtomobillərin Təmiri

Xüsusilə Amerikadan sərfəli qiymətə alınan zədəli avtomobillər üçün “Açar Təhvil” xidməti təklif edirik. Peşəkar servisimizdə orijinal hissələrlə təmir, rəngləmə və kimyəvi təmizləmə işləri görülərək sizə təhvil verilir.

06

Satış Sonrası Dəstək

Münasibətimiz avtomobili təhvil verməklə bitmir. Bizimlə gətirdiyiniz avtomobili gələcəkdə satmaq istədiyinizdə müştəri tapılmasına və ya model yeniləmək (trade-in) prosesinə dəstək oluruq.

Neden Autoland?

Biz müştərilərimizə sadəcə avtomobil deyil, güvən satırıq. Avtomobil idxalı prosesini qaranlıq məqamlardan təmizləyərək, hər addımı izlənilə bilən, sığortalı və hüquqi müqavilə ilə tənzimlənən bir sistem qurduq.

Real Qiymət Avantajı

Gizli komissiyalar olmadan, yerli bazardan 30%-ə qədər daha sərfəli büdcə planlaması.

100% Sığorta Təminatı

Daşınma zamanı yarana biləcək hər hansı cızıq, zədə və ya itki sığorta tərəfindən qarşılanır.

Sürətli Logistika

Çindən 35-45 gün, ABŞ-dan 50-90 gün, Koreyadan 70-90 gün ərzində planlı çatdırılma.

Kompleks Həllər:

Sadəcə daşınma deyil; gömrük, təmir, sənədləşmə və nömrə alınması daxil tam xidmət.

01.

Müraciət, Seçim və Rəsmi Müqavilə

İstəklərinizə uyğun avtomobillər Carfax və texniki hesabatlarla birlikdə sizə təqdim edilir. Seçiminiz təsdiqləndikdən sonra şirkətimizlə hüquqi zəmanətli rəsmi müqavilə imzalanır.

02.

Satınalma və Sığortalı Logistika

Avtomobil adınıza satın alınır və bank vasitəsilə ödəniş edilir. Tam sığortalı (“All-Risk”) şəkildə yola çıxan yükünüzü, sizə verilən xüsusi kodla anbaan izləyə bilirsiniz.

03.

Gömrük Rəsmiləşdirilməsi

Avtomobil ölkəyə çatdıqda, bütün gömrük bəyannamələri və rüsum hesablamaları peşəkar komandamız tərəfindən qanunvericiliyə uyğun və operativ şəkildə həll edilir.

04.

Təmir, Hazırlıq və Açar Təhvil

Zədəli avtomobillər servisimizdə orijinal hissələrlə tam bərpa olunur. Avtomobiliniz kimyəvi təmizlənmiş, nömrə alınmağa hazır və işlək vəziyyətdə sizə təhvil verilir.

İş Prosesimiz

Avtomobil idxalını mürəkkəb prosedurlardan təmizləyərək sizin üçün sadə, şəffaf və izlənilə bilən bir təcrübəyə çevirdik. Siz sadəcə xəyalınızdakı avtomobili seçin; satınalma, logistika, gömrük və təmir kimi bütün texniki mərhələləri rəsmi zəmanətlə biz idarə edək.

İdxal Şərtləri və Seçim Meyarları

Bizim Avtomobil Seçimimiz

Autoland Azərbaycan vasitəsilə avtomobil sifariş edərkən nələrə diqqət etməlisiniz? İdxal edilə bilən modellər, zamanlama və ödəniş qaydaları haqqında əsas məlumatlar.

1. Qlobal Bazar Analizi və Seçim

Satınalma prosesimiz tamamilə sizin istəklərinizə əsaslanır. Amerika sığorta auksionlarını, Koreya dilerlərini və Almaniya bazarlarını analiz edərək, büdcənizə ən uyğun avtomobilləri seçirik.

Azərbaycan gömrük qanunvericiliyinə uyğun olaraq, əsasən istehsal tarixi 10 ildən çox olmayan bütün növ avtomobillərin idxalını həyata keçiririk. İstisna olaraq, kolleksiya dəyəri olan retro avtomobillərin gətirilməsi də mümkündür.

Vasitəçisiz çalışdığımız üçün avtomobilləri yerli bazar qiymətlərindən minimum 15-30% daha aşağı qiymətə əldə edirsiniz. Bütün ödənişlər tam şəffaf şəkildə, rəsmi invois əsasında bank vasitəsilə həyata keçirilir.

Logistika müddəti avtomobilin alındığı ölkənin coğrafi mövqeyinə görə dəyişir:

  • Almaniya’dan: 35-45 gün

  • Amerika’dan: 50-90 gün

  • Koreya’dan: 70-90 gün

Şirkətimiz tərəfindən gətirilən hər bir avtomobil, alış nöqtəsindən (ABŞ, Almaniya, Koreya) Bakıdakı təhvil məntəqəsinə qədər tam sığortalanır. Daşınma zamanı yarana biləcək cızıq, zədə və ya itki riski şirkətimiz tərəfindən qarşılanır.

Avtomobillər ölkəyə çatdıqda gömrük rəsmiləşdirilməsi edilir və (varsa təmiri bitdikdən sonra) sizə təhvil verilir. Sərmayənizi qoruyan bu zəmanət paketi ilə risksiz bir alış-veriş təcrübəsi təmin edirik.

Təhvil Verilən Avtomobil
0 +

lobal bazarlardan alınaraq Bakıdakı sahiblərinə təhlükəsiz və sığortalı şəkildə çatdırılan nəqliyyat vasitələri.

Müştəri Məmnuniyyəti
% 0

Xidmətimizdən razı qalan və bizi tövsiyə edən müştərilərin real göstəricisi.

Tam Sığorta Zəmanəti
% 0

Avtomobilinizin alış nöqtəsindən təhvil anına qədər bütün risklərə (All-Risk) qarşı tam sığortalanması.

Qlobal Tədarük Şəbəkəsi
0 +

Amerika auksionlarına, Almaniya istehsalçılarına və Koreya dilerlərinə birbaşa və limitsiz çıxış.

Qlobal Tərəfdaşlar

İdxal Etdiyimiz Populyar Brendlər

Gömrük Xərclərini İndidən Bilin

Sürprizlərlə qarşılaşmamaq üçün xəyalınızdakı avtomobilin rüsum və vergi xərclərini hesablayın.

Sizə Özəl Avtomobili Tapaq?

Vaxt itirmədən istəklərinizə və büdcənizə ən uyğun avtomobili mütəxəssislərimiz sizin üçün seçsin.

Scroll to Top